ABŞ-ın neft ehtiyatları 447 milyon barrelə çatır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,9 milyon barrel artaraq 446,91 milyon barrelə yüksəlib. Bu, 2017-ci ilin dekabrından indiyədək maksimum göstəricidir.
Bazar proqnozları isə ehtiyatların 2,9 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 10,3 milyon barrel artmışdı.
ABŞ-ın benzin ehtiyatları ötən hesabat həftəsində 1,3 milyon barrel azalaraq 225,3 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların barrel azalacağı istiqamətində idi.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb