Argentina “Vaka Muerta” şist yatağının istismara başlaması ilə mayeləşdirilmiş təbii qaz ixrac edən ölkələr sırasına qoşulacaq.
“oilprice.com” saytı xəbər verir ki, Argentinanın “YPF” enerji şirkəti və Belçikanın “Exmar” enerji daşıma şirkətinin imzaladığı on illik müqaviləyə əsasən, 2019-cu ilin ikinci rübündən Argentina qazını daşıyan üzən mayeləşdirilmiş təbii qaz qurğusu Bahia Blanka limanına yola düşəcək.
“Exmar” şirkəti açıqlamasında ilkin olaraq, illik 500 min ton mayeləşdirilmiş təbii qaz daşınmasının nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, “Vaka Muerta” ABŞ xaricində olan azsaylı şist qaz yataqlarından biridir.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb