22 fevral 2019 18:45
656

Neft naziri ötən ilin nəticələrini şərh edib

Misir hökuməti 2017-2018-ci illər ərzində neft və qaz kəşfiyyatı ilə bağlı yeddi yeni müqaviləyə imza atıb. Bu, minimum 162 milyon dollar sərmayənin ölkəyə cəlb olunması deməkdir.  

Müqavilədə bildirilir ki, həmin illərdə neft rezervlərini artırmaq məqsədilə 98 yeni quyu qazılıb ki, bunlardan 58-i məhsuldar olub.  

Ölkənin neft sektoru hesabına neft məhsullarına olan tələbatı ödənilib. İl ərzində xam neft və kondensat hasilatının orta göstəricisi 626 min barrel  təşkil edib.                

Misirin neft naziri Tarek Əl Molla bir qədər əvvəl  cari il ərzində ölkənin neft sektoruna 10 milyard dollar sərmayənin cəlb olunması gərəkdiyini vurğulamışdı.  

O, qeyd etmişdi ki, Qırmızı dənizdə təbii qaz kəşfiyyatına dair ilk beynəlxalq tender yaxın zamanlarda keçiriləcək. Nazir hazırda Misirin gündəlik qaz hasilatının 6400 milyon kubfut olduğunu da bəyan edib.