HBO telekanalı özünün “YouTube” səhifəsində “Çernobıl” adlı mini serialın iki dəqiqəlik treylerini yerləşdirib. AZƏRTAC xəbər verir ki, serialda 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında (AES) baş vermiş qəzadan danışılır.
Beş seriyadan ibarət filmdə əsas rollarda Emili Uotson, Stellan Skarsqard və Cared Harris çəkiliblər.
Birinci seriyanın premyerası 2019-cu il mayın 6-na nəzərdə tutulub.
1986-cı il aprelin 26-da baş vermiş Çernobıl qəzası bəşəriyyətin tarixində ən irimiqyaslı texnogen qəzaya çevrilib. Partlayış stansiyanın dördüncü blokunu tamamilə sıradan çıxarıb. Elə həmin ilin iyul-noyabr aylarında reaktoru ətraf aləmdən təcrid edən beton sarkofaq inşa edilib. Dağılmış reaktordakı şüalanmış nüvə yanacağının azı 95 faizi bu sarkofaqın içindədir.
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib