02 may 2019 11:06
2212

“Ginnesin rekordlar kitabı”na daxil olan qeyri-adi uşaqlar

Ən güclü oğlan

Rumıniyalı balaca oğlan Culiano Stroe 5 yaşında bu kitaba daxil olub.

O, ən çətin tryuk göstərərək, ayağına 15 kiloqramlıq gimnastika topunu bağlayaraq 10 metrlik məsafəni qət edib.

Lakin buna qane olmayan balaca oğlan digər rekordlara da imza atıb. Belə ki, Culiano taxta payacıqlarla 20 dəfə idman hərəkəti edib. Belə bir nəticəyə Culiano atasının hesabına nail olub. Bu balaca oğlanın atası Culiano hələ 2 yaşında olanda onunla məşq etməyə başlayıb.

Ən güclü qız

Bu ada Omsk sakini Anna Belış nail olub. 13 yaşında bu balaca qız trosun hesabına 2,5 ton ağırlığında 2 avtomobil dartıb. Annanın atası Serqey Belışın əsas məqsədi qızının adının məhz “Ginnesin rekordlar kitabı”na düşməsidir və o buna nail olub.

Ən ağıllı uşaq

2 yaşlı uşağın intellektinin Enşteynlə müqayisə olunması, hələ də, bu vaxta qədər müəmmalı sirr olaraq qalır.

Britaniyalı Oskar Riqli 9 aylığından nəinki danışmaq, hətta böyük olmayan söz birləşmələri söyləməyə başlayıb. 2 yaşında o, artıq demək olar ki, istənilən mətni fikirləşmək qabiliyyətinə malik idi.

Ən hündür uşaq

2008-ci ildə hindistanlı uşaq Karan Sinqx dünyanın ən hündür uşağı kimi rekordlar kitabına daxil olunub.

5 yaşında bu uşağın boyu 170 santimetr olub və artmaqda davam edib. İş burasındadır ki, Karanın uzunboy olması ailədən keçib. Belə ki, onun anasının boyu 2 metr, atasının boyu isə 2,21 metr olub. Karan tamamilə sağlam uşaqdır və onun arzusu basketbolçu olmaqdır.

Ən cavan ana

Peru sakini olan Lina Medina adlı 5 yaşlı qız uşaq dünyaya gətirib.

Heç kəs uşağın hamilə olduğunu güman  etməyib. Onun qarnında şiş olduğu hesab olunub. Həkimlər müayinə etdikləri zaman təəccüblə 5 yaşlı uşağın bətnində 7 aylıq körpənin olduğunu müəyyən ediblər. Dünyaya göz açan uşaq tam sağlam və 2700 qram çəkidə olub.

Ən kök uşaq

Bəli. “Ginnesin rekordlar kitabı” na təkcə hansısa bir nailiyyətlərə görə daxil olmaq olmur. Bu uşaq nə oxuyub, nə oynayıb, nə də 10 dildə danışmayıb. 8 yaşlı qız Kitaba dünyanın ən kök uşağı kimi  daxil olub. Tanış olun ,Cessika Leonard 222 kiloqramdır. Dünya dəhşətə gəlib. Televerilişlərdə iştirak edən ana rahatlıqla övladının qazlı içkilər və fəstfud sevdiyini etiraf edib. Təcili surətdə xəstəxanaya reabilitasiya mərkəzinə yerləşdirilən uşaq mütəxəssislərin köməyi ilə 150 kiloqram çəki itirməyə nail olub. Çəki itirildikdən sonra əməliyyat olunan uşaqdan 10 kiloqram dəri artığı çıxarılıb.

Könül Cavid, “İki sahil”