20 may 2019 12:44
770

Gergey Nad: Biz Budapeşti daha da gözəlləşdirəcəyik

Budapeştin mərkəzindəki Vöröşmarti, Yojef Nador və Podmanitski meydanları “PENTA Ltd” tikinti şirkətinin səyi ilə yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, Budapeştin lap mərkəzində - paytaxtın beşinci rayonunda yerləşən küçə və meydanlarda çoxdan gözlənilən abadlıq işləri “PENTA Ltd” şirkəti tərəfindən aparılır. “PENTA Ltd” Ferentsiyek meydanında və Madyar küçəsində təmir işlərini də öz öhdəsinə götürüb.

Budapeştin ən məşhur məkanları olan bu meydanlar tamamilə yeniləşdiriləcək. Otuz il bundan əvvəl salınmış səkilər yenidən qurulacaq. Podratçı firmanın baş iş icraçısı Gergey Nad AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, onun təmsil etdiyi şirkət bu meydanların nadir planlaşdırma elementlərini nəzərə alacaq, M1 xəttində yerləşən metro stansiyalarının üzərində yerin səviyyəsinə xüsusi diqqət yetirəcək.

Cənab Nad deyib: “Biz Budapeşti daha da gözəlləşdirəcəyik”.

Abadlı işləri avqust ayında başa çatdırılmalıdır.