“Bakı artıq bir neçə ildir Rusiya və NATO-nun ali hərbi komandanlıqlarının görüş yeri seçilir. Bunu bizə göstərilən etimadın ifadəsi kimi qiymətləndiririk. Bu ayın sonunda Bakıda Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Azərbaycan 3 il müddətinə bu təşkilatın sədri olacaq”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında nitqi zamanı deyib.