KÖŞƏ

AzNews.az portalının Baş redaktoru Taleh Şahsuvarlı
AzNews.az portalının Baş redaktoru

18 oktyabr 2019 17:14
17827

Məhbəs əsl sənin yerindir, Mehman Əliyev!

Azərbaycan mediasındakı bütün deviant, çirkin, ləyaqətsiz işlərin başında məhz Mehman Əliyev dayanır

“Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir”- bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevin 9 ayın yekunları ilə bağlı keçirdiyi iqtisadi müşavirədə söylədi. Prezidentin çıxışındakı bu məqam media cameəsi üçün, təbii olaraq, xüsusi gündəm maddəsinə çevirildi. Mətbuat Şurasının bir çox üzvləri, bu sətirlərin müəllifi də daxil olmaqla bir çox baş redaktorlar və media ekspertləri prezidentin müvafiq mesajını xüsusi təhlil və şərh etdilər. Əslində, dövlət başçısının açıqlaması konkretdir. Prezident hakim komandada öz şəxsi, açıq desək, korrupsiya maraqlarına əsasən, islahatlara qarşı çıxan fiqurların olduğunu, həmin fiqurların ayrı-ayrı kütləvi informasiya vasitələri ilə sövdələşərək yenilikçi və milli kadrları qaralamağa çalışdıqlarını vurğulayır, tamamilə haqlı olaraq belə halların baş verməsini, istər hakim komandanın ümumi mənfəətləri, istərsə də ictimai maraqlar baxımından dözülməz, yolverilməz, qarşısı mütləq alınacaq situasiya kimi dəyərləndirir.

Bu barədə yazdığımdan üzərində yenidən geniş şəkildə dayanmayacam, ancaq bir daha xatırlatmaqda yarar var: Azərbaycan prezidenti hansı tip məmurların qaralama kampaniyasına məruz qaldığını sərrast ifadə edib. Onlar islahatlara meyilli və vətənə, dövlətə, prezidentə bağlı kadrlardır. Təqdim edilən bu ümumi fotoya baxdıqda, qaralama kampaniyasına məruz qalan hakim komanda üzvləri arasında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu ön planda görürük. Əli Həsənovun prezidentin elan etdiyi islahatlar kursunun ictimaiyyətə rasional, elmi və əhatəli şəkildə təqdim olunması, çatdırılması üçün nə qədər əzmlə çalışdığını media cameəsinin bütün vicdanlı və obyektiv təmsilçiləri çox yaxşı bilirlər. Yüzlərlə redaksiyada çalışan və Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunu birmənalı şəkildə müdafiə edən minlərlə həmkarımın mütəşəkkil bir komanda kimi fəaliyyət göstərərək islahatçı kursun cəmiyyət tərəfindən mənimsənilməsinə çəkdiklərin əziyyətin effekti də ortadadır. Dövlət başçısı tərəfindən yenicə yaradılmış Sosial Tədqiqatlar Mərkəzinin Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayon və kənddə 101 klaster üzrə 1212 nəfər respondent arasında elmi və peşəkar səviyyədə apardığı sosioloji sorğunun nəticələrinə görə, Azərbaycan əhalisinin 87,3 faizi ölkədə aparılan islahatları müdafiə edir.

Elə bu nəticələrdən də göründüyü kimi, Əli Həsənovun prezidentin köməkçisi kimi nə öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə ictimaiyyət adına şübhə etmək üçün bir əsas var, nə də prezidentə sədaqətinə, onun inam və etimadını hər hansı formada zədələyəcək fakt göstərmək olar. Ancaq bu dəqiq, hər kəsin rahatlıqla görə biləcəyi faktdır ki, dövlət-hakimiyyət-media münasibətləri sistemində Əli Həsənovla normal münasibətlər saxlayan heç bir kütləvi informasiya vasitəsində nəinki prezident sərəncamı ilə təyin olunan məmurlar, heç hər hansı icra başçısı, bələdiyyə sədri haqqında da “kompramat” səciyyəsi daşıyan bircə material da tapmaq mümkün deyil. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin də xatırlatdığı kimi, Azərbaycan bu başından o başına ortalama "500 kilometr" olan bir ölkədir və bu ölkədə hər kəs bir-birinin mahiyyətindən və əməllərindən agahdır. Bu ölkədə hər kəs yaxşı görür və bilir ki, “kompromat savaşı” üçün başlıca vasitələr özlərinə min bir bəzək-düzək verib təmtəraqla “tənqidçi media” kimi təqdim olunanlar və bütün cəmiyyətdə “reket” namı qazanmış nəşrlər, saytlardırlar. Birinci halda ayrı-ayrı məmurlardan, hətta açıq deyək, xarici kəşfiyyat qurumlarından ötürülən kompromatlar maksimum professional formata salınır və “araşdırma” adı altında yayımlanır, ikinci variantda isə “redaksiyaya daxil olan şok məlumatlar” kimi təqdim olunaraq “qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq” deyə qaralanan tərəfə “cibimizin ağzı sizə də açıqdır” mesajı verilir.

Bu cür saytlardan biri “afn.az” domeni ilə Səbuhi Qafarov-Həbibə Abdulla cütlüyünə məxsusdur. Mənim bildiyim qədər, Azərbaycanda heç bir iri vəzifəli məmur, siyasi partiya və iş adamı həmin sayta nə rəsmi, nə də qeyri-rəsmi formada davamlı yardım göstərmir. Dünən adı afn.az saytının sponsoru kimi hallanan, uzun illərdir tanıdığım, nəslimizin yaxın dostu, xeyir-şər məclislərimizdə hər zaman yuxarı başda əyləşən deputat Çingiz Qənizadəyə telefon açdım və ondan bu iddiya aydınlıq gətirməsini xahiş etdim. Çingiz Qənizadənin dediklərini eynilə və onun təkidi ilə burada yazıram: “Həmin saytın mənə heç bir dəxli yoxdur və heç zaman da olmayıb. Səbuhi də, Həbibə də reketdirlər. Bir dəfə Həbibəni nazirlərdən birinin vəfat etməsi kimi açıq böhtana, dezinformasiyaya görə, “bandotdel”ə aparmışdılar. Əri gəlib kabinetimdə gözünün yaşını tökdü, ürəyim dözmədi, həmin nazirdən xahiş etdim ki, onu bağışlasın. Ancaq reket fəaliyyəti ilə məşğul olmağın sonu yoxdur, ərli-arvadlı bir gün yaxalanacaqlar. Elə sizin saytınız vasitəsi ilə onlara səslənirəm ki, o halda mənim üstümə gəlməsinlər”!

Hörmətli millət vəkilimizin sözlərini qəribçiliyə salmaq lazım deyil ona görə ki, keçmiş bank qaravulçusu Səbuhi Qafarovun uğursuz reportyor Həbibə Abdulla ilə evləndikdən sonra təsis etdiyi bu saytın gündəlik cəmi bir neçə yüz oxuyucusu var. Bu qədər qeyri-populyar bir resursun reklam gəlirləri hesabına işlədilməsi, təbii ki, mümkün deyil. 5 nəfərlik bir ailənin dolanışığı, üstəlik, bir saytın “ailə biznesi” formatında idarə edilməsi üçün Azərbaycan şəraitində ayda ən azı 5 min manat maliyyə vəsaiti lazımdır. Reklam gəliri, davamlı sponsoru, təsisçisinin sayt saxlamaq üçün heç bir maddi gücü olmadığı halda, sözügedən domenin “ayaqda qalması” ancaq jurnalistika adına ləkə sayılacaq fəaliyyət formaları- reketçilik və kompramat savaşından qənimət əldə etmək hesabına mümkün ola bilər. Bütün bunlar isə, təkcə milli-mənəvi dəyərlər və professional jurnalist etikası baxımından problem sayılacaq məsələlər deyil, cinayət əməlləridir. Əminəm ki, hüquq-mühafizə orqanları həmin adamların əlaqələrini və əməllərini araşdırsalar, hər ikisinin yeri məhbəs olacaq. Ancaq bu əlaqələr və əməllər nə qədər peşakar istintaqla araşdırılsa, məhkəmə tərəfindən nə qədər ədalətli hökmlə dəyərləndirilsə belə, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin “Reallıq.info” saytının rəhbəri İkram Rəhimovla bağlı məsələdə olduğu kimi, “müdafiə lozunqu” hazırdır, Azərbaycan mediasının üzqaraları olan bu iki idbarı “cəfakeş” obrazda təqdim edəcək, daha sonra yerli və beynəlxalq ictimaiyyəti onların “prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə” həbs olunduqlarına inandırmaq üçün əlləşəcək.

Bəli, Azərbaycan mediasındakı bütün deviant, çirkin, ləyaqətsiz işlərin başında məhz Mehman Əliyev dayanır. Azərbaycan prezidentinə, onun ailəsinə və komandasına qarşı “qara PR” materialları yayımlayan saytların az qala hər biri ya onun himayəsində, ya da təsir dairəsindədir. Bu, o qədər açıq, aydın görünən məqamdır ki, “hamıya məlum olan həqiqətləri isbat etməyə ehtiyac yoxdur” prinsipindən çıxış edib əlavə adlar çəkməyə gərək görmürəm. Odur ki, gəlin Mehman Əliyevin birbaşa məsul olduğu xəbər resurslarına və onun şəxsi açıqlamalarına, müsahibələrinə nəzər yetirək. “Turan” agentliyinə məxsus saytların ən ötəri kontent-analizini aparsanız görəcəksiniz ki, həmin resurslarda Azərbaycan hakimiyyətində yüksək mövqe tutan bir çox fiqurlarla bağlı çox sayda “kompromat” səciyyəsi daşıyan məlumatlar yayımlanıb. Həmin məlumatların bir çoxunu isə jurnalist araşdırması ilə əldə etmək ya mümkün deyil, ya da həddən artıq müşkül, aylar, illər, bir çox rayonlarda və xarici dövlətlərə həftələrlə səyahət tələb edən məsələdir. Sadə məntiq yenə onu deyir ki, həmin materiallar ittiham olunan yüksək ranqlı hakimiyyət nümayəndəsini, belə deyək, “gözü götürməyənlər” tərəfindən əlavə zərflə birlikdə “Turan”a ötürülüb. Hər halda, Mehman Əliyevə pul, heç zaman lazım olduğundan daha artıq görsənmir və Azərbaycan mediasına ayrılmış 300 milyon xarici qrantın böyük hissəsini şirin ağızla həzmi-rabedən keçirən biri üçün bu, qətiyyən mənəvi narahatlıq doğuran məsələ olmur.

Məni narahat edən edən isə çox məsələ var və o məsələlərdən biri də Mehman Əliyev kimilərinin hər fürsətdə eləməyə çalışdıqları qabaqdangəlmişlikdir. Məşhur bir el deyiminə istinadən və bir azca yumşaq şəkildə desəm, elə qadınlar var ki, dünyaya övlad gətirirlər, ancaq ömründə bir kişi üzü görmədiklərinə dair and-aman edirlər, axırda da qarşısındakına dirənirlər: “Bu uşağı sən doğmusan”! Azərbaycan ictimai-siyasi həyatındakı bu cür “əxlaq və mənəviyyat” sahiblərinin iki tipik nümayəndəsindən biri Mehman Əliyev, digəri Aslan İsmayılov kod adlı şəxsdir. Biri Elçin Şıxlının üstündəki çatları təzəcə tranş etdiyi pulların istisinin yaratdığı buxar örtən aynasına müsahibə verir, digəri də həmin müsahibəni erməni diasporunun fəal nümayəndəsi Kristina Puşaudan daha bir dəfə “əhsən” eşitmək üçün şövqlə paylaşır.

Mehman Əliyev həmin müsahibədə prezidentin köməkçisi Əli Həsənovun həbsini tələb edir və nə qədər absurd olsa da, onun “cinayət”lərindən biri kimi jurnalistlərin mənzillə təmin olunmasını göstərir. Əlbəttə, bu ittiham qoca matrosun ağlının uçmasından xəbər verir, çünki Azərbaycan prezidenti İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinə xüsusi diqqət və qayğısının təcəssümü olan binaların tikilməsində, media sektorunda çalışanların ailələrinin mənzillə təmin olunmasında Əli Həsənovun rolunun və əməyinin qarşılığı məhkəmə hökmü deyil, alqışdır, duadır, təşəkkürdür! Məhbəs isə məhz Mehman Əliyevin və onun dəstəsinin yeridir. Niyəsini deyim.

1) Mehman Əliyevin başçılıq etdiyi agentliyin maliyyə qaynaqları şəffaf deyil, aldığı böyük məbləğdə xarici qrantların məbləği və necə xərclənməsi barədə cəmiyyətə heç bir məlumat verilmir. Sahibkar parasına fəaliyyət göstərən kütləvi informasiya vasitələrindən fərqli olaraq, qrantlar ictimai vəsait olduğundan, ictimai vəsaitlər isə kommersiya sirri təşkil etmədiyindən “Turan” maliyyə hesabatı verməkdən yayına bilməz. Yayınırsa, deməli, ortada cinayət var!

2) “Turan” agentliyi ilə Vergilər Nazirliyi arasında bir zamanlar açıq konflikt yaşanması, həmin konfliktin agentliyin vergidən yayınması ucbatından baş verdiyi, qurumun direktoru Mehman Əliyevin bu səbəbdən bir müddət həbsdə yatdığı, həbsdən qanuni və hüquqi yollarla yox, işbirliyində olduğu beynəlxalq şəbəkənin Azərbaycan hakimiyyətindən xahişləri müqabilində çıxdığı bəllidir. Elə bu fakt kimin yerinin məhbəs olduğunu açıq şəkildə ortaya qoyan bir məsələdir.

3) Mehman Əliyevin SOROS fondundakı fəaliyyəti, digər beynəlxalq donor təşkilatları ilə mübhəm əlaqələri özü-özlüyündə istintaq predmetidir. Hər halda, Azərbaycan mediasına ayrılan 300 milyon qrantın aqibəti barədə Mehman Əliyevin qanun qarşısında cavab verməsi labüddür.

4) Heç kimə sirr deyil ki, 2013-cü ildəki prezident seçkiləri ərəfəsində Rusiya kəşfiyyatının bir qanadının rizası ilə Azərbaycanda Milli Şura adlı bir qurum yaradılıb və aralıq dövr üçün Rüstəm İbrahimbəyovu prezident kürsüsünə əyləşdirib, ardınca hakimiyyəti Abbas Abbasova ötürmək məqsədi güdən həmin qurumun yaradıcıları Moskvadakı milyarderlər tərəfindən maliyyələşdirilib. Bu, Azərbaycana xəyanət layihəsi idi. Həmin layihədəki iştirakına görə Mehman Əliyev təkcə maliyyə məsələsinə görə yox, bütövlükdə vətənə, dövlətə, müstəqilliyə xəyanət ittihamını haqq edir.

Bu gün Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan 28 il keçir. Ancaq müstəqillik uğrunda mübarizə hələ davam edir. Tərəflər bəllidir: İlham Əliyev və onun komandası bayrağımızın daha da ucalarda, Murovda, İşıqlıda, Salbartıda dalğalanmasına çalışır, "müasir" Əliheydər Qarayevlər isə o bayrağın dirəyini həşərat kimi içindən yeyirlər. Azərbaycanın müstəqilliyinə qəsd edilməsi üçün başqa bir dövlətin prezidentinə açıq məktub yazan həşəratlar bu qışdan çıxa bilməyəcəklər...