20 dekabr 2019 12:15
1031

YAP-ın namizədləri seçicilər tərəfindən dəstəklənəcək - FOTO

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ucar rayonunda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq “Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi  rayonun təhsil işçiləri görüş keçirib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva seçicilər qarşısında çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlardan  söhbət açıb. Ş.Abdullayeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun ölkə  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilib, bununla yanaşı yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin səlahiyyət və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilib. Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilib, mükəmməl qanunvericilik bazası yaradılıb, bələdiyyə institutu tam formalaşıb. Natiq vurğulayıb ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı fonunda gələcəkdə də bələdiyyə sisteminin təkmilləşdirilməsi, bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə və iqtisadi potensialının gücləndirilməsi, həmin qurumlarda çalışan kadrların keyfiyyət tərkibinin daha da yaxşılaşdırılması prosesini davam etdiriləcək.

Təbliğat-təşviqat qrupunun üzvləri Fuad İsrafilov, Alı Babayev və Rahib Rəsulov, Ucar bələdiyyəsinə namizədlər Aslan Əhmədli, Günay Teymurova, seçicilər Yeganə Məmmədova, Rauf Nəsirov, Mirzalı Ağamalıyev çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanıb. 23 dekabrda da YAP tərəfindən irəli sürülmüş namizədlər seçicilər tərəfindən dəstəklənəcək, rayon sakinləri partiyanın namizədlərinə səs verəcəklər.

Orxan Vahidoğlu, “İki sahil”