Yalın ayaqla gəzməyin sağlamlığınıza saysız faydası var.
Son illərdə artan infeksion xəstəliklər və müxtəlif xərçəng növlərinin torpaqla bağlarımızı kəsməkdən qaynaqlandığını bilirdinizmi?
Əvvəllər insanlar torpağa yalın ayaqla basarlarmış, ya da ayaqqabı olaraq heyvan dərilərindən hazırlanmış sandallardan istifadə edirmişlər. Bunun sayəsində də bədənlərindəki elektrik potensialı tarazlanar, bütün hüceyrə və toxumalara fayda verən elementlər yerləşərmiş.
Ancaq çağımızın müasirləşməsilə insanlar plastikə və kauçuka yönələrək özlərini torpaqdan tamamilə uzaqlaşdırmışlar. Mütəxəssislər son vaxtlar getdikcə artan xərçəng və müxtəlif infeksion xəstəliklərin insanların torpaqla bağlarını kəsməsindən qaynaqlandığını söyləyirlər. Araşdırmalara görə, sintetik kauçuk əsaslı ayaqqabılar elektron transferinə icazə verməz. Ancaq dəri əsaslı ayaqqabılar bu keçişi təmin etdiyi üçün yalınayaq gəzmək də şərt deyil.
Mütəxəssislər ayaqları torpağa basmanın ən təsirli antioksidant olduğunu vurğulayaraq onun faydalarını bu şəkildə açıqlayırlar:
Xərçəngdən revmatizmə qədər hər cür xəstəliyə əngəl olur
Xərçəngdən damar sərtliyinə, revmatizmdən asmaya qədər bir çox xəstəliyin səbəbi “enflamasyondur”. Torpağa yalın ayaqla basmaq isə enflamasyonu yox edəcək gücə sahibdir.
Qırmızı qan hüceyrələri artır
Torpağa ayaq basmaqla qırmızı qan hüceyrələri artar. Bu vəziyyətin nəticəsində isə qana böyük nisbətdə oksigen gedər və ağlınıza gələ biləcək bütün ölümcül xəstəliklərin təhlükəsi ən aşağı vəziyyətə enmiş olar.
Diabet xəstəliyinə mane olur
Uşaqlarda görülən 2 tip diabet xəstəliyinin ən əhəmiyyətli səbəbinin torpaqlama əskikliyindən olduğu ortaya çıxmışdır.
Araşdırmalara görə, heyvanlarda aparılan təcrübələr nəticəsində torpaq üzərində gəzməyən siçanların qan şəkərlərinin, eyni qidalanma proqramı tətbiq olunan və torpaq üzərində gəzən siçanlara nisbətlə daha yüksək olduğunu göstərir.
Röya Rasimqızı, “İki sahil”