Parisdə polislə pensiya islahatlarına qarşı çıxan etirazçılar arasında toqquşmalar olub.
Toqquşmalar Montolon meydanında qeydə alınıb.
Etirazçılar radikal aksiyaçıları geri çəkməyə çalışan polis işçilərinə daş və şüşə ilə hücum ediblər. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.
Etirazlarda asayişi təmin etmək üçün təxminən 5,5 min polis və jandarma iştirak edir. Polis prefekturasından verilən məlumata görə, bu saata qədər etiraz aksiyaları zamanı 9 nəfər saxlanılıb.
Fransada pensiya islahatlarına qarşı aksiyalar həmkarlar ittifaqlarının təşəbbüsü ilə dekabrın 5-dən bəri davam edir. //Trend
Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb
Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb
Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür
İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb