Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.
Bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.
O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.
Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.
S.Məmmədovun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri adətən dövlət büdcəsi hesabına həyata keçirilir.
Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir - ŞƏRH
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyanada beynəlxalq iqtisadi proqramda iştirak edib