24 fevral 2020 15:57
1377

Lerikdə qəza - ata və oğlu öldü

Daxili İşlər Nazirliyi Lerikdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 22-də saat 8 radələrində Lerik rayonunun Orand kəndi ərazisində kənd sakini M.Rəhimov idarə etdiyi “UAZ” markalı avtomobili yolun kənarındakı maneəyə vuraraq dərəyə aşırıb. Nəticədə sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Xəqani Rəhimov və 1 yaşlı oğlu Hüseyn orada ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.