26 fevral 2020 16:42
1770

Gürcüstanda koronavirusun yayılması riski artıb

Gürcüstanda koronavirusun yayılması riski artıb. Ölkənin Səhiyyə Nazirliyi epidemiyaya hazırlıq rejiminə keçir.

Bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze məlumat verib.

Onun sözlərinə görə, əhali arasında virusun yayılması riskinin əhəmiyyətli dərəcədə azaldılması üzrə bütün lazımı tədbirlər görülüb: “Gürcüstanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması üçün əlavə tədbirlər də görülüb. Lakin biz Gürcüstana daxil olmaların tamamilə qadağan olunmasının tərəfdarı deyilik”, - deyə, nazir vurğulayıb.

Nazir qeyd edib ki, koronavirusla bağlı əlavə tənzimləmələr hökumətə təqdim olunub.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı rəsmi heç bir hal qeydə alınmayıb. //AZƏRTAC