26 fevral 2020 17:31
1611

KOB İnkişaf Mərkəzində növbəti təlim

Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən startap və kiçik sahibkarın iştirakı ilə təlim keçirilib. “Korporativ hüquq” mövzusunda təşkil olunmuş bu dəfəki təlimdə əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə, müflisləşmə və s. məsələlər barədə ətraflı məlumat verilib, KOB-ları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOB evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi kiçik və orta sahibkarları, biznesə yeni başlayanlara təlim və məsləhət xidmətləri göstərir.