05 mart 2020 10:07
4072

Luvr muzeyi qapılarını açdı

Dünyanın ən məşhur muzeylərindən olan Parisin Luvr muzeyi koronavirus təhlükəsi ilə əlaqədar iki gün bağlı qaldıqdan sonra yenidən açılıb.

"İki sahil" xəbər verir ki, bu barədə muzeyin “Twitter” səhifəsində yazılıb.

Qeyd edək ki, muzey bazar günü, martın 1-də bağlanmışdı. Bazar ertəsi də ziyarətçi qəbul etməyən muzey ötən gün istirahət günü ilə əlaqədar bağlı qalmışdı.