41 yaşlı rusiyalı müğənni Ani Lorak qum təpələrinin fonunda çəkilmiş yeni fotosessiyasını "İnstagram"da yayımlayıb.
"İki sahil" xəbər verir ki, fotolarda ulduz kameralara ideal bədən quruluşunun cazibədarlığını vurğulayan fərqli geyimlərdə poz verib. Şəkillər qısa müddət ərzində Lorakın pərəstişkarları tərəfindən bəyənilib.
"Budur gözəllik!", "Super!", "Mükəmməl qadın", - deyə istifadəçilər müğənniyə heyranlıqlarını bildiriblər.