09 iyul 2020 10:24
758

Azərbaycanda 3 milyon ton neft emal edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3 milyon ton neft emal edilib.

Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, hesabat dövrü neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilir. Bu il NEZ-də 6,1 milyon tona yaxın neft emal ediləcəyi proqnozlaşdırılır.