20 avqust 2020 17:13
990

İran BƏƏ-nin gəmisini saxladı

İran körfəzində tez-tez ərəb ölkələri və ABŞ-la qarşılaşan İran bu dəfə Birləşmiş Ərəb Əmirliklərinə məxsus gəmini saxlayıb.

“İki sahil” xəbər verir ki, İran Xarici İşlər Nazirliyi BƏƏ-yə məxsus gəminin saxlanıldığını və ekipajın ərazi sularını pozduğuna görə tutulduğunu açıqlayıb.

Tehran rəhbərliyi BƏƏ-nin sahil mühafizə dəstələrinin atəşi nəticəsində iki iranlı balıqçının öldüyünü də bildirib.

Hadisədən sonra İran rəsmiləri iki dəfə BƏƏ-nin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. İran Əbu-Dabi rəhbərliyinin bütün itkiləri kompensasiya edəcəyi mesajı verdiyini söyləyir.