Türkiyənin Alanya şəhərində içində rusiyalı turistlər olan avtobus qəzaya düşüb.
Bu barədə hadisənin şahidi olan “E1” portalının redaktoru Sergey Panin məlumat verib.
Onun sözlərinə görə, dağlıq əraziyə qalxan, “Pegas Trustik” şirkətinə məxsus avtobus ağaca çırpılaraq yanı üstə aşıb.
Qəza nəticəsində yeddi nəfərin xəsarət aldığı bildirilir.
Oxu.az