19 sentyabr 2020 00:58
1603

Üstün xüsusiyyətləri ilə seçilən xalqlar FOTO

Uçmaq, zamanı dayandırmaq, suyu şəraba çevirmək və s. kimi üstün xüsusiyyətlərə malik olmağı kim istəməz ki?

Təəssüflər olsun ki, belə qabiliyyətlərə malik olmaq mümkün deyil. Lakin buna baxmayaraq Yer üzündə üstün və fərqli cəhətləri olan insanlar mövcuddur. Bu yazıda Yer üzünün fərqli xalqlarının üstün xüsusiyyətələri ilə tanış ola bilərsiniz:

 Aborigenlərin görmə qabiliyyəti

 Aborigenlər dünyada ən güclü görmə qabiliyyətinə malik olan tayfadır. Avstraliyanın yerli xalqı olan aborigenlər obyektləri digər insanlardan dörd dəfə daha uzaqdan görə bilirlər. Aborigenlər qədim zamanlarda vəhşi təbiətdə yaşadıqları üçün ətrafdakı çöllərdə daim bir təhlükə axtarmalı olduqlarına görə onlarda görmə çox güclü formalaşıb.  Bu gün yerli qəbilələrin nümayəndələri Avstraliyada əsasən orduda düşmənlərə və ya qaçaqmalçıların qayıqlarına nəzarəti həyata keçirirlər.

 Ancaq aborigenlərdə belə yaxşı görmə qabiliyyəti ömürlük olmur. Bu xalqda gigiyenanın zəif olması, geniş yayılmış diabet 40 yaşdan sonra hətta tamamilə korluğa belə səbəb ola bilir.

 Uzunömürlü okinavlar

 100 il və daha çox yaşamaq heç də hər kəsin arzusu deyil. Lakin hər kəsə maraqlıdır ki, nə üçün bəzi insanlar tez ölürlər, bəziləri isə hətta aşağı həyat səviyyəsi ilə uzun ömürə malik olurlar. Bu sualın cavabı fərdi olsa da, yaponlar Okinavanın sakinləri üçün başqa bir cavab düşünüb tapmalıdırlar.

 Dünyanın ən uzunömürlü milləti olan okinavların birinci sirri əlbəttə ki, qidalanmaları ilə bağlıdır-taxıl, soya, tərəvəzlər, balıq, dəniz məhsulları.
 Lakin təəssüf ki, Okinava bölgəsində Amerika bazasının və bununla birlikdə fəstfud restoranlarının qurulmasından bəri yerli xalqın sağlamlığında problemlər yaranmağa başlayıb.

 Xmonqların fit çalmaq bacarığı

 Bir zamanlar fit çalmaq bacarığı çox populyar idi. Bu bacarıq həm də insanların işlərinə də yarayırdı.

 Lakin hazırda da çox yaxşı fit çalmağı bacaranlar var.       Çinin cənub hissələrində, Vyetnam, Laos və Tailandda məskunlaşan xmonq tayfasına mənsub insanlar çox yaxşı fit çalmaq bacarıqları ilə seçilirlər. Onlar fermalarda, ovda, cəngəlliklərdə bir-birləri ilə fit vasitəsilə söhbətləşməyi də bacarırlar.

Sualtı aləm

Moken-moken adlanan tayfa  Cənub-Şərqi Asiyada yaşayan dəniz qaraçılarıdır. Əsasən Tailandın qərbində yaşayırlar. Mükəmməl sualtı görmə qabiliyyəti ilə seçilirlər. Tədqiqatlar zamanı moken-moken millətinin sualtı dünyanı avropalılardan ən az iki qat daha yaxşı gördüyü, uşaqlarda bu qabiliyyətin daha yüksək olduğu üzə çıxdı. Lakin nədənsə onların da sualtı görmə qabiliyyəti zamanla yox olur.
Bu qabiliyyət ehtimal ki, tezliklə tamamilə yox olacaq. 2004-cü ildə sunami mokenlərin sahil kəndlərini dağıtdı. Suya yaxın ərazilərdən məhrum olan moken-mokenlər təkamül yolu ilə qurudakı həyata uyğunlaşırlar və tədricən  üstün keyfiyyətlərini itirirlər.

 Baxau tənəffüsü

 Orta statik göstəricilərə görə, insan cəmi bir dəqiqə nəfəsini saxlaya bilir. İndoneziyada yaşayan  baxaular isə bir dəfəyə 13 dəqiqə tənəffüslərini saxlaya bilirlər. Bu bacarıq uzun illər ərzində baxaularda dalağın böyüməsinə səbəb ola bilir.  Onlardan çox güclü dalğıclar çıxır.

 Qaçış ustaları

 Keniyalılar qaçış yarışında iştirak edərsə, qalib gələcəkləri qabaqcadan bəllidir.

Fövqəladə dözümlülük qabiliyyəti, vəhşi həyat və ya digər faktorların buna səbəb olub-olmadığı dəqiq müəyyənləşdirilməyib. Keniyalılar arasında kalenjin tayfasından olan marafonçular xüsusilə seçilirlər. Onların ortaq cəhətləri kiçik dizləri və kiçik bədənləridir. Qaçarkən daha az enerji itirirlər, bu da uzun müddət açıq bir üstünlük verir.

Şerplərin yüksəkliyə çıxmaq bacarığı

 Dünyanın ən yüksək zirvəsi olan Everesti ilk dəfə kim fəth edib sualına Edmund Hillari deyə cavab verəcəksiniz. Əslində isə şerp millətindən olan insanlar bu zirvəyə ondan uzun müddət əvvəl qalxıblar.

 Görəsən, şerplər heç bir köməksiz və texnikasız belə yüksəkliyə necə çıxa bilirdilər? Himalay dağının ətəklərində uzun illər məskunlaşan şerplər soyuq, gərgin havaya çox yaxşı adaptasiya olublar. Bu, insanlarda təsadüfi alpinistlərin rast gəldiyi problemlərə davamlılıq formalaşmışdır.    

Nubar Süleymanova, “İki sahil”