25 sentyabr 2020 01:16
1362

Dieqo Qodinin yeni klubu

"İnter"lə müqaviləsini ləğv edən Dieqo Qodin İtaliyanın digər klubu "Kalyari"yə keçib.

“İki sahil” "Qafqazinfo"ya istinadla xəbər verir ki, A Seriya təmsilçisi uruqvaylı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2019-cu ilin yayında "Atletiko"dan ayrılaraq "İnter"ə keçmişdi.