27 aprel 2024 18:09
310

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın “Barselona” klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib.

“İki sahil” “Sport.es” nəşrinə istinadən xəbər verir ki, “Barsa” rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavilə bağlamaq üçün “Mançester Siti”yə təklif göndərəcək.

Feliksin isə kataloniya təmsilçisindən göndərilməsi gündəmdədir. Müqavilə əsasında “Atletiko”ya (Madrid) məxsus olan yarımmüdafiəçinin öz klubuna qaytarılması gözlənilir.

Qeyd edək ki, “Barselona” baş məşqçisi Xavi ilə müqavilə sözləşməsini uzadacaq. O, yeni mövsüm üçün iddialı heyət formalaşdırmağı planlaşdırır.