"Barselona"ya qayıdan Filipp Koutinyonun klubundakı yeni forma nömrəsi müəyyənləşib.
“İki sahil” Qol.az-a istinadla xəbər verir ki, klubun "Tvitter" səhifəsində braziliyalı yarımmüdafiəçinin 14 nömrəli forma ilə çıxış edəcəyi qeyd edilib. O, əvvəllər 7 nömrəli forma geyinirdi. Həmin nömrə isə Antuan Qrizmannda qalacaq.
Qeyd edək ki, Koutinyo ötən mövsümü icarə əsasında "Bavariya"da oynayıb.