İranın Əhvaz şəhərinin böyük bazarında qaz sızması nəticəsində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində ölən və yaralananlar var. Əhvaz şəhərinin təcili tibbi yardın xidmətindən bildiriblər ki, hadisə nəticəsində 5 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalışırlar.
Bazara və mağazalara külli miqdarda maddi ziyan dəyib.