ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə planlaşdırılan telefon danışığından sonra ictimaiyyətə açıqlamalar verəcək.
“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bundan əvvəl Tramp mayın 19-da Putinlə danışacağını elan edib. Onun sözlərinə görə, Rusiya lideri ilə danışdıqdan sonra Vladimir Zelenskiyə zəng etməyi planlaşdırır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Tramp arasında telefon danışığı Moskva vaxtı ilə saat 17:00-da baş tutacaq.