ABŞ-ın hazırkı Prezidenti Donald Tramp yanvarın 20-də - yeni Prezident seçilmiş Co Baydenin andiçmə mərasimi günü səhər saatlarında Vaşinqtondan ayrılacaq.
“İki sahil” xəbər verir ki, ABŞ KİV-lərinin iddiasına görə, Tramp Florida ştatına köçəcək.
Qeyd edək ki, Donald Tramp noyabrın 3-də keçirilən seçkilərin nəticələrini saxta adlandırmış və Co Baydenin andiçmə mərasiminə qatılmayacağını bildirmişdi.
Xatırladaq ki, Tramp tərəfdarları yanvarın 6-da seçkinin nəticəsini təstiqləmək üçün iclasın keçirildiyi Konqres Binasına hücum edişdilər. Baş verən iğtişaşlar zamanı 5 nəfər dünyasını dəyişmişdi.