25 yanvar 2021 17:40
878

"Qalatasaray" yeni transferini rəsmiləşdirdi

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"İki sahil" xəbər verir ki, "sarı-qırmızılar" İngiltərənin "Brentford" komandasından 22 yaşlı hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.

Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvard mövsümün sonunadək "Qalatasaray"da çıxış edəcək.

Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidir.