07 fevral 2021 18:26
1052

Ötən il Şəkidə 277 yeni iş yeri açılıb

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ildə Şəki rayonunda 277 yeni və daimi iş yeri açılıb. İş yerlərinin 47-si yeni açılan, 230-u isə mövcud müəssisə və təşkilatlarda yaradılıb.

"İki sahil" xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 45, emal sənayesində 26, tikinti sektorunda 56, ticarətdə 20, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 118 yeni iş yeri açılıb. Bundan əlavə, müddət ərzində informasiya və rabitə, istirahət, əyləncə və digər xidmət sahələri üzrə 12 yeni iş yeri yaradılıb.