23 fevral 2021 13:55
517

"Qarabağ"a 3 minlik cərimə

AFFA-nın İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 16-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: “Sumqayıt” – “Qarabağ” oyununda qonaq komandanın futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub.
 
"Keşlə” – “Zirə” oyununda matçın 61-ci dəqiqəsində qonaq komandanın futbolçusu Dmitrios Çantakias “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

“Neftçi” – “Qəbələ” oyununda qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.
 
“Neftçi” – “Qəbələ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.