12 noyabr 2026 01:44
95

“Roma” ona daha az maaşlı müqavilə təklif edir

“Roma” müdafiəçisi Mario Ermoso ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

İtaliya klubu 30 yaşlı futbolçu ilə müqaviləni 1 və ya 2 il uzatmağı, həmçinin sözləşməni daha bir mövsüm artırmaq hüququnu özündə saxlamağı planlaşdırır.

Yeni müqaviləyə əsasən, Ermosonun maaşının azaldılması nəzərdə tutulur. Lakin bu məsələnin danışıqlara mane olmayacağı bildirilir.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Ermoso karyerası ərzində “Espanyol”, “Atletiko” və “Bayer”də də çıxış edib.