27 fevral 2021 11:36
1259

Müxalifətçilər ikinci gecəni Yerevanda parlament binasının yaxınlığında keçirib - VİDEO

Ermənistan baş naziri Nikol Paşinyanın müxalifləri ikinci gecəni Yerevanda parlament binası yaxınlığında bir çadır şəhərciyində keçirdib.

“İki sahil” “RİA Novosti”yə istinadən xəbər verir ki, Həmfikir insanlar onlara səhər yeməyi gətiriblər. Günortadan sonra müxalifət bu məkanda növbəti mitinq elan edib.

Düşərgəyə girişlər polis tərəfindən bloklanıb, hüquq-mühafizə orqanı zabitləri parlamentin hasarı boyunca düzülüblər.