28 fevral 2021 00:52
1006

Türkiyədə daha 8938 nəfər koronavirusdan sağalıb

Ötən gün Türkiyədə aparılan 125 min 716 test nəticəsində məlum olub ki, 9 min 193 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 2 milyon 693 min 164-ə yüksəlib.

“İki sahil” Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində 71 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 28 min 503 nəfər təşkil edib.

Daha 8 min 938 nəfərin COVID-19-a sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 2 milyon 565 min 723-ə yüksəldib.