01 mart 2021 18:17
1154

Rusiya Ermənistanla imzalanan müqavilədən imtina etdi

Rusiya İrəvanda Rusuya-Ermənistan Universitetinin fəaliyyətilə bağlı razılaşmada iştirak etməkdən imtina edib.

“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin müvafiq əmri rəsmi hüquq internet portalında dərc edilib.

Sənəddə qeyd edilir ki, Ermənistan tərəfinə Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında imzalanan Yerevandakı Rusiya-Ermənistan Universitetinin fəaliyyəti ilə bağlı razılaşmanın tərəfi olmamaq niyyəti barədə bildiriş göndəriləcək.

Xatırladaq ki, bu ilin 8 fevralında həmin universitetin rektoru Armen Darbinyan baş nazir Nikol Paşinyanın Milli Təhlükəsizlik Xidməti vasitəsi ilə ondan rektor vəzifəsini tərk etməsini tələb etdiyini bildirmişdi. Darbinyan hesab edir ki, baş nazirin ona və universitetə ​​"düşmən münasibətinin" səbəbi Paşinyanın anti-Rusiya mahiyyətidir. Həmin vaxt tələbələr və Universitetinin əməkdaşları rektora dəstək aksiyası keçiriblər. Bundan sonra universitetdə yoxlamalar başlayıb.