04 mart 2021 15:13
1145

Avstriyada "Sputnik V"peyvəndinə çox etibar edilir

Avstriyada "Sputnik V"peyvəndinə "AstraZeneca"'dan daha çox etibar edilir

Avstriya İdarəetmə və İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən aparılan bir araşdırmaya görə, Avstriya sakinləri, İngilis-İsveç peyvəndi olan" AstraZeneca" dan daha çox Rusiyanın "Sputnik V"peyvəndinə etibar edirlər. Bu barədə məlumatları "TASS" yayıb.

2021-ci ilin yanvarından fevralına qədər institut Avropanın alman  dilli əhalisi arasında maraqlı bir araşdırma aparıb. Mütəxəssislərin apardıqları təhlil nəticəsində məlum olub ki, Almaniya, İsveçrə və Avstriyada peyvəndlər arasında birinci yeri " Johnson & Johnson"tutur.

Əldə edilən məlumatlara əsasən, Rusiya peyvəndi ilə bağlı müsbət açıqlamaların 50%-i  isə ən çox  sosial mediada yer alıb.Hələ sertifikatı almamış "Sputnik V" peyvəndi   alman dilində danışan insanlar arasında "AstraZeneca"dan  ikiqat müsbət qiymətləndirilib. Qeyd edək ki, xüsusən də Avstriyada yaşayan insanlar "Sputnik V"peyvəndini daha etibarlı hesab edirlər.

Əlavə edək ki,daha öncə Kanadanın Səhiyyə Nazirliyi "AstraZeneca" peyvəndinin yaşlı insanlara vurulmasını məsləhət görməyib.

Samirə Tağıyeva, "İki sahil"