26 mart 2021 13:20
3870

Müasir elmdə ölüm anı ilə bağlı hansı faktlar mövcuddur? - FOTO

Kimliyindən, hansı iş ilə məşğul olmasından, nə qədər pul qazanmasından asılı olmayaraq, hər kəs dünyasını dəyişir. Bütün dövrlərdə insanlar ölüm barədə düşünüblər. Həyatımızın bitəcəyi o taleyüklü an, o anda nələrin baş verməsi hamımıza maraqlıdır. Müasir elm şüurumuzun bizi tərk edib, öldüyümüz an haqqında artıq çox şey söyləyə bilir. Müasir avadanlıqlarla tədqiqatların köməyi ilə alimlər ölümün nə olduğu və insanın həmin anda nələr hiss etdiyini araşdıraraq, müəyyən faktlar əldə ediblər. 
Qeyri-müəyyənlik
 Rəsmi olaraq ölmək nə deməkdir? Bu konsepsiya birmənalı deyil. "Rəsmi olaraq ölü" və "klinik cəhətdən ölü" (əslində qaranlıq bir termindir) kimi anlayışlar var. İnsan bədəni hərəkət edə bilməyəcəyi bir vəziyyətə çatdıqda onun öldüyü düşünülür. 

Bəzi insanlar insanın ürəyi döyünməyi dayandırdıqda, bəziləri isə beyin funksiyasını dayandırdıqda öldüyünü düşünürlər. Bəs əslində ölüm nədir? Bu sualın cavabı yoxdur. Hətta ürək tamamilə dayansa və beyin işləməsə belə orqanizmin qan dövranı sistemi uzun müddət işləyə bilir.

 Beləliklə, ölüm bir insanı reanimasiya etmək mümkün olmayana qədər bütün bioloji funksiyaların bir-birinin ardınca uğursuz olmağa davam etdiyi bir prosesdir.

Şüur

Öləndə şüurumuza nə olur? Müasir elmi doqmalar şüurun beyin fəaliyyətinin bir məhsulu olduğunu, beyinin sinir fəaliyyəti ilə şüur yaratdığını və beyin ölümünün şüurun ölümü olduğunu deyir. Ancaq şüur hər şey deyil. Şüurla bağlı suallar, fəlsəfənin və elmin indiyə qədər verdiyi ən çətin suallardan olsa da, şüur həyat üçün həlledici amil deyil.
Ümumi anesteziya altında şüur dayanır, amma əməliyyat edilən xəstə sağ olur. 

Beyin

Məşhur inancın əksinə olaraq, beyin ölüm anını təyin edən son orqan deyil. Tipik olaraq, bədən ölümü beyin ölümündən qısa bir müddət sonra baş verir. Əksər ölkələrdə "beyin ölümü" ümumiyyətlə beynin ən ilkin hissəsi olan beyin sapındakı aktivliyin sıfırlanması olaraq təyin edilir. Bütün beyinin və böyük sistemlərin fəaliyyəti bununla əlaqələndirilir.
Beyin kökü onurğa beyni (və bu səbəbdən də bütün sinir sistemini) beynin prefrontal korteks və ya hipokampus kimi düşüncə və duyğuları idarə edən hissələrinə bağlayır. Zombi filmlərində olduğu kimi, beyin kökü ölmüşsə, ehtimal ki, insan onunla ölür. Əsasən, beyin kökü ölümü bədənin ölümüdür, çünki beyin kökü tənəffüs və s. kimi bütün həyati bədən funksiyalarını idarə edir.

Beyinin aktivliyi

 Ölüm anı ilə bağlı başqa bir mübahisəli həqiqət budur: bədən hüceyrə səviyyəsində oksigendən məhrum olduqda, beynin fəaliyyəti faktiki olaraq artır. Əxlaqi dəyərlər ölməkdə olan xəstələrdə MRT aparatlarının istifadəsinə icazə verməsə də, araşdırmalar göstərir ki, ölüm anında heyvanların beyni aktivlikdən sıçrayır. 

Siçovulun ürəyi dayandıqda, beyni şüurla əlaqəli bütün cəbhələrdə sürətlə bir işə girişir. Bu proses tam aydın olmasa da, elm adamları hesab edirlər ki, bu zaman ölümqabağı təcrübələr-qeyri-adi hisslər, obrazlar, xatirələr və s. göz önündə canlanır.

 Zaman

 Ölümü yaxınlaşan insanlar tez-tez həddindən artıq vaxt təhriflərini bildirirlər. Bir çox insan bu fenomeni paranormal baxımdan izah edir. Ancaq elmi dəlillər və insanların dedikləri ölümqabağı zamanın çox yavaşladığını və ya tamamilə dayandığını göstərir. Bəzi insanlar ölüm anında və ölüm anına qədər zamanın bütün mənasını itirdiyini iddia edirlər.
Bryus Qreyson tərəfindən aparılan təcrübələr zamanı ölümqabağı müddətdə olan iştirakçılardan 70 %-i zamanın dayandığını bildiriblər. Onillikləri əhatə edən daha geniş tədqiqatlar da bu fenomenin mövcud olduğunu göstərdi. 

Ritm

Təbii ölümlə ölən insanlarda ölüm anını müəyyən edən bir ritm mövcuddur. Tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, sutkalıq ritmə müvafiq olaraq, insanların bioloji ölüm tsikli də vardır. 

O, bizim əhvalımızı, iştahımızı və s. tənzimləyir. Səhər saatlarında dünyasını dəyişən insanların bioloji saatı gecə dünyasını dəyişənlərdən fərqlidir.

Genlər

Ölüm anında müxtəlif genlər aktivləşir. Tədqiqatçılar bunun niyə baş verdiyini aydınlaşdıra bilmirlər. Daha qəribəsi isə odur ki, bəzi genlər ölümdən sonra da uzun müdət aktiv qalır. Əvvəllər hüceyrələr kimi genlərin də yavaş-yavaş, bir-bir öldüyü iddia edilirdi. Ancaq son zamanlar bu fikir alt-üst oldu.

Ölümdən sonra 24 saatdan bir neçə günə qədər ölü orqanizmdə əvvəllər hərəkətsiz olan bəzi genlər aktivləşir. Söhbət bir və ya iki gendən getmir. Tədqiqatçılar zebralarda və siçanlarda ölümdən sonra 48 saat ərzində aktivləşən 500-dən çox geni müşahidə ediblər.

Həyat

 Bütün bunlar onu göstərir ki, bədən hüceyrələri öldükdən sonra, genlərdə olan aktivlik həyatı uzatmağa kifayət edir. Elm və texnikanın inkişafı ilə artıq ölüm anı da gecikdirilir. Əvvəllər ürəyi döyünməyən insanı ölmüş hesab edirdik, hazırda isə alimlər beyin ölümünə diqqəti yönəldərək insanları geri dönüşü olmayan nöqtədən “geri gətirməyin” yollarını axtarırlar.

Nubar Süleymanova, “İki sahil”