06 noyabr 2025 17:00
159

Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər

Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin tələbələri və Çin Xalq Respublikasının “Beijing University of Chemical Technology” təhsil müəssisəsinin professor və doktorantları SOCAR-ı ziyarət ediblər.

“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi və “Azərbaycan Nefti” sərgisi ilə tanış olan qonaqlara SOCAR-ın fəaliyyət istiqamətləri, strateji layihələri, region üçün əhəmiyyəti və beynəlxalq uğurları barədə təqdimat edilib.