16 aprel 2021 10:44
1054

Xalq artisti Eldar Quliyev vəfat edib

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

"İki sahil"  "Report"a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, Xalq artsiti bu gün səhər dünyasını dəyişib.

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Allah rəhmət eləsin!