Bu həftənin sonunda qaz anbarlarının doldurulması prosesinin başlanması gözlənilir.
Bunu "İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, anbarlardan qaz götürülməsi prosesi qış mövsümünün başa çatması ilə əlaqədar dayandırılıb. O bildirib ki, qış mövsümünün sonunda anbarlarda qalan qaz ehtiyatı 800 milyon kubmetrə yaxındır.
Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur - "Qalmaz" və "Qaradağ". Hər iki anbar SOCAR-ın balansındadır.
Bakı Ali Neft Məktəbində ilk dəfə SABAH proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb
SOCAR-ın prezidenti “INPEX” şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti ilə görüşüb