16 aprel 2021 16:29
1185

Həyatlarını tamamilə dəyişdirən məşhurlar - FOTO

Ted Uilliams

Ted Uilliams 53 yaşında kokain və alkoqol aludəçisi olduqdan sonra həm evini, həm də işini itirdi, küçələrə düşüb dilənməyə başladı. Lakin təsadüfən    CBS News komandası tərəfindən çəkilən 90 saniləyik videoroliki " YouTube"da yayımlandıqdan sonra  hər kəs onun  qızıl səsinə valeh oldu. 48 saat ərzində həmin videonun təxminən 13 milyon baxışı oldu. Bu hadisədən sonra "Columbus Dispatch" kanalı "qızıl" səsə malik olan dilənçi haqqında veriliş hazırladı və demək olar ki, bundan sonra Ted Uilliamsın həyatı tamamilə dəyişdi.

Joan Roulinq

Joan Roulinq məşhur yazıçı və "Harry Potter" seriyasının müəllifidir. 2004-cü ildə Böyük Britaniyanın ən varlı qadını  kimi seçilən bu xanımın əslində, çox çətin bir həyatı olub. Belə ki, depressiyadan  əziyyət çəkən bu xanım "Harry Poter" kitabını yazmaq qərarına gəlir və bunun üçün  Edinburqda yerləşən  "Nikolos" adlı, bacısının həyat yoldaşının kafesinə gedirdi.

1997-ci ilin iyunda çıxan "Harri Potter və Fəlsəfə Daşı" romanı sensasiyaya səbəb oldu.J. Roulinqın birinci kitabı Britaniyada ilin ən yaxşı uşaq kitabı kimi tanındı və bununla xanımın həyatı tamamilə dəyişdi.  Qeyd edək ki,  Joan Roulinq "Harry Poter" haqqında yazdığı 5 fərqli kitab üçün 15 milyon dollar almışdı.

Cim Kerri

Kanadalı aktyor, komediya ustası və prodüsser olan Cim Kerrinin sərvətinin dəyəri təxminən 150 milyon dolladır. Lakin  Hollivudun  tanınmış ulduzlarından biri olan Cim Kerrinin çox çətin həyatı  olub.15 yaşında ailəsinə baxmaq üçün işləməyə başlayıb.  1979-cu ildə Hollivuda köçən Cim Kerrinin həyatı çox dəyişir.  İlk çıxışını "In Living Color" adlı bir tv şousunda edən aktyora  qeyri-adi hərəkətləri və üz mimikaları ona uğur gətirir. 1994-cü ildə çəkildiyi" Maska" filmi isə ona dünya şöhrəti gətirdi.  Aktyor komediya ustası kimi tanınsa da çəkildiyi "The Truman Show", "Man on the Moon" və s. kimi filmlərdə özünü dram aktyoru kimi də təsdiqlədi. Aktyor indiyə kimi Oskar mükafatı almasa da üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Mayk Tayson

Məşhur boksçu  Maykl Cerard Tayson ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb.  11 yaşındaykən həyatında baş verən bir hadisə onun həyatını büsbütün dəyişib. Mayk hələ uşaqlıqdan sülh rəmzi olan göyərçinləri və onları bəsləməyi həddən çox sevirdi. Bir dəfə yerli uşaqlardan ibarət bandit qruplaşmasının liderlərindən biri Maykın göyərçinlərindən birinin başını üzərək yerə atır. Bundan bərk qəzəblənmiş Mayk rəqibinin üstünə şığıyır və onu yaxşıca əzişdirir. Bu hadisədən sonra tay-tuşları və yerli bandit qruplaşması arasında Maykın nüfuzu birə-beş artır.

Həyatında baş verən və onun həyatını müsbət istiqamətə dəyişən hadisə isə Mayk Taysonun boksun kralı Məhəmməd Əli ilə görüşü olur.Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlara təsir göstərmək üçün onlarla görüşü həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsinin görüşü Maykda xoş təsir oyadır və beləliklə, o, 13 yaşında həddi-büluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərilir. Bu məktəbdə o idman müəllimi Bobbi Stüartla tanış olur. Stüart onun əsl insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynayır.  Stüart şagirdini əfsanəvi məşqçi və menecer Kass D` Amato ilə tanış edir. Hər şey bundan başlayır. Kass D` Amatonun evində yaşayarkən sonsuz sayda köhnə video yazılara baxır, məşhurların döyüşlərini izləyir və Mayk beləliklə, onun həyatı tamamilə dəyişir. Hal-hazırda Tayson dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusudur. Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. Əfsanəvi Tayson, ağır çəki dərəcəsində ən gənc Dünya Çempionu olmuş boksçudur.

Con Paul DeJoria

Con Paul DeJoria saç baxım şirkətinin həmtəsisçidir. "Forbes" in məlumatına görə, 75 yaşlı milyarderin  gəliri 4 milyard dollardır. Lakin onun da hekayəsi acınacaqlı olub.Conu küçələrdə yaşamağa çətin həyat tərzi məcbur edib. 1980-ci ildə bərbər dostu Pol Mitçell ilə birlikdə qapı-qapı gəzərkən, şampun və kondisioner satmağa başlayır. İlk şirkətini 700 dollar  kredit alaraq açan gənc, hal-hazırda bir neçə şirkətin sahibinə çevrilib.

Opra Uinfi

Oprah Uinfi qaradərili tanınmış bir aparıcı və media maqnatıdır. O,1954-cü ildə Missisipidə anadan olub. Onun anası xidmətçi, atası isə fəhlə idi. O, dünyaya gəldikdən sonra valideynləri ayrılıb. 6 yaşına kimi nənəsi ona himayədarlıq edib. Anası iş tapdıqdan sonra Opranı yanına aparır. Opra 9 yaşı olanda qohumları tərəfindən zorlanır. 14 yaşında bir uşaq dünyaya gətirir, lakin körpə sağ qalmır. Bundan sonra anası Opranı atasının yanına göndərir. Opra atasının yanında bütün pisliklərdən uzaqlaşır və narkotikadan istifadəni dayandırır. Litseyi uğurla bitirən Opra müxtəlif müsabiqələrin qalibi olur. Tələbəlik illərində yerli teleradioda işə başlayır. Televiziyada ilk qaradərili qadın xəbər aparıcısı olur. 1983-cü ildə reytinqsiz  səhər proqramında aparıcılığa başlayır və onu reytinqlərdə birinci edir. 1985-ci ildə Stiven Spilberq onu "The Color Purple" filminə çəkir. Bu filmdəki rolu ilə o, Oskara namizəd olur. 1986-cı ildə "Opra Uinfri Şou" adlı proqrama başlayır. Tolk şou qısa zamanda "ən yaxşı proqram", Opra isə "İlin ən yaxşı aparıcısı" seçilir.

Leon Kuperman

Leon Kuperman məşhur amerikalı təşəbbüskar, uğurlu iş adamı və milyarderdir. Lakin az   adam Kupermanın kasıb mühacir ailəsindən olduğunu bilir. Universiteti bitirmək üçün kredit götürən Leon həyatını sıfırdan başlayan məşhurların sırasına daxıldir. Kuperman sözlərinə görə, o, bütün dünyaya sübüt edib ki, orta bir İQ-ya sahib olan bir insan belə məqsədlərinə  nail ola bilər.

Samirə Tağıyeva, "İki sahil"