Kanada Xarici İşlər naziri Londonda keçiriləcək G7 ölkələrindən olan həmkarları ilə üzbəüz görüşəcək
Kanada Xarici İşlər Naziri Mark Qarno G7 ölkələri Xarici İşlər Nazirlərinin Londonda üzbəüz görüşündə iştirakını təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd edilib: "Xarici İşlər Naziri Mark Qarno G7 ölkələrinin xarici işlər nazirlərinin son iki ildə ilk dəfə üz-üzə görüşündə iştirak edəcək".
Qeyd edək ki, İngiltərə G7 Xarici İşlər Nazirlərinin 2019-cu ilin aprelindən bəri ilk dəfə baş verəcək üzbəüz görüşünə ev sahibliyi edəcək. Sammit mayın 3-dən 5-dək Londonda baş tutacaq.