Avropa çempionatında hər bir milli komandanın heyətində yer alacaq futbolçuların sayı artırılıb.
"İki sahil" xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, 24 iştirakçı ölkə yığmalarınının hər biri AVRO-2020-yə 23 yox, 26 oyunçu sifariş edəcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq. Onlardan 3-ü qapıçı olmalıdır.
Yekun siyahı iyunun 1-dək təqdim olunmalıdır. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.