08 may 2021 23:04
951

İordaniya KİV-i yazır: Azərbaycan onun adi ilə bağlıdır

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin İordaniyanın nüfuzlu http://www.nayrouz.com saytında ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı yazısı çap edilib.

“İki sahil” xəbər verir ki, “Azərbaycan onun adı ilə bağlıdır” başlıqlı yazıda müəllif Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti tarixində yeri və rolundan bəhs edib.

C. Şahverdiyev yazıda qeyd edib ki, ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, ölkəmizi parçalanmadan, məhv olmaq təhlükəsindən qorudu.

Yazıda 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummili liderin Azərbaycanı bədbinlikdən çıxardığı, əhalinin sosial rifahının ildən-ilə yaxşılaşdığı, təhlükəsizliyinin təmin edildiyi, ölkə iqtisadiyyatının inkişaf etdiyi vurğulanıb.

Daha sonra Azərbaycanda deyil, həm də dünyanın neft strategiyası və siyasətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" nin imzalanması qeyd edilib. Bu gün güclü iqtisadiyyata malik olan Azərbaycan dünyanın ən güclü ölkələrindən birinə çevrilib. Dünyada güclü bir ordusu var və bu gün dünyanın qabaqcıl ölkələri Azərbaycanla hesablaşır. Azərbaycan bir sıra böyük beynəlxalq iqtisadi layihələrin müəllifinə çevrilib. Dünyanın enerji təchizatçısıdır. Zəngin və firavan bir ölkəyə çevrilən Azərbaycan Cənubi Qafqazda liderdir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın adı fəxrlə çəkilir.

Beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanın dünya ölkələrinin yollarını özündə birləşdirdiyini qeyd edən müəllif vurğulayıb ki, Azərbaycan deyildikdə Heydər Əliyev yada düşür. Müasir və güclü Azərbaycan onun adı ilə bağlıdır. Hər bir uğurumuzda onun izi görünür. Nə qədər ki, Azərbaycan tarixdə var, Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayacaqdır. Xalqımız bu gün Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatda hiss edir, onunla yaşayır və mirasından bəhrələnir.

C. Şahverdiyev yazının sonunda qeyd edib ki, bu siyasətin icraçısı ulu öndərimizin böyük siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam edir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurunun əsasını təşkil edir və gələcəyə yönəlmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq.

Yazının ərəb dilində tam mətni aşağıdakı linkdə:

https://nayrouz.com/article/204403#.YJKDvdu0sC0