Hazırda işğaldan azad olunmuş rayonlardan Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb.
"İki sahil" xəbər verir ki, bu barədə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib.
Qurum rəsmisi deyib ki, Bərdə-Ağdam istiqamətlərində də işlərin həyata keçirilməsi nəzərdə tutulub: “Hazırda bütün dövlət qurumlarda, o cümlədən bizdə əsas prioritet işğaldan azad olunmuş ərazilər üzrə layihələrə başlamaqdır. Bu işlər mərhələli şəkildə həyata keçiriləcək".
N.Bayramova qeyd edib ki, sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb. "Ermənilər tərəfindən törədilmiş vandalizm aktları qarşısında bu cümlə çox yumşaqdır. Məsələn, Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə əvvəllər mövcud olmuş dəmiryol yatağının olması bilinmir. Aparılan işlərə uyğun olaraq işğaldan əvvəl mövcud olmuş yolların bərpası, zərurət yaranarsa, layihələndirmə işləri həyata keçirilə bilər".
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir