28 may 2021 14:56
778

Norveç - Azərbaycan oyununun vaxtı dəyişdirilib

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi 1 oyunun tarixi dəyişdirilib.

"İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, Norveç - Azərbaycan oyunu 2022-ci il iyunun 14-ə keçirilib. Daha əvvəl qarşılaşmanın bu il iyunun 6-da keçirilməsi nəzərdə tutulurdu.