09 iyun 2021 19:52
873

Paşinyan bölgələrə özü ilə “tərəfdar ordusu” aparır VİDEO

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan vətəndaşları seçki kampaniyalarına zorla cəlb edir.

"İki sahil" xəbər verir ki, erməni KİV-ləri Paşinyanın bölgələrə özü ilə xüsusi adamlar gətirməsini əsk etdirən görüntülər yayıblar.

"Nikol regionlardakı mitinqlərdə izdiham görüntüsü yaratmaq üçün özü ilə 700-800 nəfər daşıyır. Paşinyanın hansısa bir bölgəyə gəlişindən təxminən yarım saat əvvəl bura mikroavtobus və avtomobillərlə xeyli sayda "tərəfdar" çatdırırlar", - deyə erməni mediası yazıb.

Məlumata görə, Paşinyan Şirak bölgəsində çıxışının sonunda açıq şəkildə deyib ki, meydana toplananlar onun digər ərazidəki görüşünə də gəlsinlər. "Hər kəsdən xahiş edirəm ki, Gümrüdəki Vardanants meydanına gəlsin", - Nikol vətəndaşları Gümrü meydanına dəvət edib.