24 iyun 2021 08:48
717

ABŞ Braziliyaya 3 milyon doza peyvənd göndərəcək

ABŞ Braziliyaya 3 milyon doza koronavirusa qarşı peyvənd göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Ağ Evdəki mənbə bildirib.

Məlumata əsasən, Braziliyaya "Johnson & Johnson" şirklətinin istehsal etdiyi peyvəndlər göndəriləcək.

Xatırladaq ki, daha əvvəl ABŞ hakimiyyəti elan edib ki, yaxın gələcəkdə öz peyvənd ehtiyatlarından ehtiyacı olan ölkələrə 80 milyon doza peyvənd göndərmək niyyətindədir.