24 iyun 2021 13:41
646

Türk Şurasının ilk turizm paytaxtı elan edilib

Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin VI iclası keçirilir.

“İki sahil” Şuranın saytına istinadən xəbər verir ki, tədbirdə Kokand şəhərinin Türk Şurasının ilk turizm paytaxtı elan edilməsi haqqında qərar qəbul edilib.

Bu təşəbbüsü Özbəkistanın idman və turizm naziri Əziz Əbduhakimov irəli sürüb və tədbir iştirakçılarından onu dəstəkləməyi xahiş edib.

Təklif tədbirin bütün iştirakçıları tərəfindən dəstəklənib.

Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biri olan Kokand həm də Özbəkistanın Fərqanə vilayətinin ən böyük şəhərlərindəndir.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin turizm nazirlərinin VI iclası 23-24 iyun tarixlərində keçirilir.