24 iyun 2021 15:27
695

Ağdamda indiyədək 24 min 619 ton taxıl tədarük edilib

Ağdam rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Zəmilərdə hər gün orta hesabla 20 ədəd kombayn biçin aparır.

Ağdam Rayon Statistika İdarəsindən "İki sahil"ə bildirilib ki, bu ilin məhsulu üçün rayonda 13 min 735 hektarda taxıl yetişdirilib. Ağdam taxılçıları indiyədək 6366 hektar sahədə biçin aparıb, 24 min 619 ton məhsul, o cümlədən 17 min 110 ton buğda, 7509 ton arpa götürüblər. Biçilmiş sahələrin 4320 hektarı buğda, 2046 hektarı arpadır. Hər hektarın orta məhsuldarlığı 38,7 sentnerdir.