01 iyul 2021 11:30
4773

Qaradağ Rayon Polis İdarəsinə yeni rəis təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“İki sahil” xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi təyin olunub.